Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Aprel 2014

10 apreldə gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Aprelin 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gündüz mülayim cənub küləyi əsəcək.
Havanın temperaturunun gecə 4-8, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Aprelin 10-da bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 3-8, gündüz 15-20, bəzi yerlərdə 23, dağlarda gecə 0-5, gündüz 9-14, bəzi yerlərdə 17 dərəcə isti olacağı gözlənilir.
Aqrometeoroloji şərh
Respublika ərazisində yaxın bir neçə günə proqnozlaşdırılan yağıntılı, isti hava şəraiti və temperaturun normadan 3-4 dərəcə yüksək olması kənd təsərrüfatı bitkilərinin inkişafı üçün əsasən əlverişlidir. Belə hava şəraiti əksər Aran rayonlarında payızlıq dənli bitkilərdə məhsuldarlıq elementlərinin formalaşmasına və çoxillik otların böyüməsinə müsbət təsir edəcək.Yağıntıların düşməsi pambıq və qarğıdalı bitkilərinin əkilməsi üçün ayrılmış sahələrdə səpinqabağı aqrotexniki işlərin aparılmasını nisbətən ləngidəcək.
1686 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı