Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Aprel 2014

Aeroport yolunda avtoşluq edənin kimliyi haqda şok iddia

Deyilənə görə, Bakıda “Nissan GTR R35” modelindən olan yeganə avtomobil Aynar Məmmədova məxsusdur
Oliqarx övladlarının özbaşınalıqları, qaydalara və qanunlara məhəl qoymadıqları yeni xəbər deyil. Ötən sayımızda bu qəbildən olan bir məlumatı “Oliqarx balalarının Bakının aeroport yolunda ”250 km.saatlıq hoqqa"sı..." sərlövhəli yazıda oxucularımıza çatdırmışdıq. Həmin yazıda facebook sosial şəbəkəsinin Azərbaycan seqmentində üç azərbaycanlı gəncin aeroport şossesindəki yarışması geniş müzakirə olunmasından söhbət açılır, təqdim edilən videodan aydın görünürdü ki, sürətə görə bəhsə girən gənclərin maşınları “Nissan GTR R35 AMS700 ALPHA”, “Corvette Z06 Tuned” və “Cadilac CTS-V Hennessey”dir.

“Nissan GTR R35"in spidometri göstərir ki, avtomobillər saatda 250 km sürətlə hərəkət edirlər. Bu da kobud qayda pozuntusudur. Amma nə bu, nə də yoldakı radarlar bu ekstrim həvəskarları üçün narahatlıq yaratmır.

Bu yazı geniş oxucu kütləsinin müzakirəsinə çıxarıldıqdan sonra maşınlardan birinin - “Nissan GTR R35"in kimə məxsus olması haqda ”Yeni Müsavat"a məlumat daxil olub.
Məlumatda iddia edilir ki, həmin maşın nəqliyyat naziri Ziya Məmmədovun deputat olan qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədovundur. İddia olunur ki, Bakıda “Nissan GTR R35" modelindən olan yeganə avtomobil Aynar Məmmədova məxsusdur.

“Həmin video başlayanda ərəb mahnısı var. Aynar Məmmədovun İnstgram səhifəsində olan maşın videolarının içində də hamısı ərəb mahnılarıdır. O, ərəb mahnılarını sevir” deyə, qaynağımız iddia edib.

Qeyd edək ki, day.az saytı məsələyə aydınlıq gətirmək üçün Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxlayıb. “Mən bu videonu görməmişəm. Ancaq deyə bilərəm ki, aeroport şossesində icazə verilən maksimal sürət həddi 120 km/saatdır. Əgər sürücülərdən hansısa sürət həddini aşırsa, sözsüz ki, bu, yol hərəkəti qaydalarının pozulmasıdır. Əgər maşınların nömrələri görünürsə, sürücülərə qarşı müvafiq tədbirlər görüləcək” deyə, V.Əsədov bildirib.

Respublika Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə deyib ki, aeroport yolunda avtomatik rejimdə işləyən radarlar quraşdırılıb: “Yollarda hətta radarların olduğu barədə nişan da quraşdırılıb. Sürət həddi aşıldıqda, sürücülər inzibati məsuliyyətə cəlb olunacaqlar”./musavat/
1469 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı