Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Aprel 2014

“Maydandakı snayperlər Saakaşvilinin adamlarıdır”

Gürcüstan ordusu generalı, “Avaza” batalyonunun keçmiş komandiri Tristan Tsitelaşvili sensasional açıqlamalar verib.

Gürcü general Ukraynanın paytaxtı Kiyevdə insanlara atəş açan snayperlərin sabiq Gürcüstan prezidenti Mixail Saakaşvilinin adamları olduğunu iddia edib.

General Tsitelaşvili Maydandakı hadisələrə dörd gürcü snayperin qatıldığını söyləyib.

"Snayper olaraq oraya gedən dörd nəfəri şəxsən tanıyıram. Lakin aparılan istintaqın gizliliyini pozmamaq üçün adlarını deyə bilmərəm. İstintaq materialları iki həftə sonra prokurorluğa göndəriləcək. Sadəcə bu şəxslərin Saakaşvilinin nəzarət etdiyi qüvvələrin köhnə personalı olduğunu söyləyə bilərəm. Keçmiş rəhbərlik onları bu cür işlər üçün hazırlayırdı." - deyə general Tristan Tsitelaşvili sözlərinə əlavə edib./ans/
1518 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 20:14