Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Aprel 2014

Ukraynada daha bir "respublika"

Ukraynanın Luqansk şəhərində vilayət Təhlükəsizlik Xidməti idarəsini ələ keçirən rusiyameyllilər Donetsk və Xarkovda olduğu kimi "xalq respublikası" yaratmaq niyyətindədirlər.

RİA "Novosti"nin verdiyi məlumata görə bunu "Donbasın xalq könüllüləri" adlı separatçı təşkilatın sədr müavini Mergey Tsıplakov deyib.

"Yaxın günlərdə Luqankskda xalq respublikası elan ediləcək", - o, bildirib. Separatçı hərəkatın nümayəndəsi onu da əlavə edib ki, Donetskdəki fəallarla Luqanskla daimi əlaqədədirlər.

Xatırladaq ki, aprelin 7-də rusiyameyllilər Xarkov, Donetsk və Luqanskda bir sıra inzibati binaları ələ keçiriblər.
1067 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP