Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Aprel 2014

Nuri əl-Maliki: "Əl-Fəllucə şəhərini silahlılardan azad etməyin vaxtı çatıb"

“ İraq-Şam İslam Dövləti silahlılarının yerləşdiyi əl-Fəllucə şəhərində vəziyyət daha da pisləşib, buna qarşı addım atmaq lazımdır”

“İraq-Şam İslam Dövləti silahlılarının yerləşdiyi əl-Fəllucə şəhərində vəziyyət daha da pisləşib, buna qarşı addım atmaq lazımdır”. İnterAz-ın əl-Məyadinə istinadla verdiyi xəbərə görə, bunu İraqın baş naziri Nuri əl-Maliki deyib. İraq baş naziri ölkədə “DAİŞ” silahlılarının nəzarətində olan əl-Fəllucə şəhərində hərbi əməliyyatların başlanması üçün vaxtın artıq çatdığını deyib. O, şəhər sakinləri, ölkə xalqı və rəsmiləri yardıma çağırıb və həmçinin BMT başda olmaqla digər beynəlxalq təşkilatlardan bu məsələni başa düşməyi istəyib.

Bildirək ki, əl-Fəllucə şəhəri Suriya, İordaniya və Səudiyyə Ərəbistanı ilə sərhəddə olan əl-Ənbar əyalətinin əsas iki böyük şəhərlərindən biridir ki, “İraq-şam İslam Dövləti” və yerli silahlılar bu şəhəri iki aydan artıqdır ki nəzarətə alıblar. İraqda baş verən terror aktlarının əksəriyyəti əl-Ənbar əyalətindən istiqamətləndirilir. Təkcə dünən ölkədə törədilən terror aktları, qarşıdurmalar və əməliyyatlarda 55-dən artıq insan həyatını itirib.
1509 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 11:16