Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Aprel 2014

Sual.nur-az.com-da günün sualı

Ümumi

Sual: Salam Allahin Rehmeti uzerinize olsun. Ateistlər buları diyillər ki islam həqiqətən bütün dinlərdən kamildirsə qiyamətə qədər qüvvədədirsə nəyə görə böyük qüdrətli olan Allah təkcə islam dini göndərmədi? Başqa dinlər də göndərdi. Ateistlər deyir ki, bilmirəm hansı ayəni deyirlər belə günəş gündüzlər insanların, axşam Allahın hüzurunda olur. Xahiş edirəm əqli dəlillərlə ətraflı cavab yazın. Allah Razı olsun

Cavab:
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Həqiqi din olan tövhid dini üç müştərək əsasa malikdir:
1. Yeganə Allaha etiqad bəsləmək;
2. Axirət aləminə inam bəsləmək, bu dünyada olan əməllərə görə mükafat və cəza gününə iman bəsləmək;
3. Bəşərin hidayət olunması üçün Allah tərəfindən peyğəmbərlərin məbus olmasına etiqad bəsləmək. (Erfan)
Deməli, ruh və dinin həqiqəti - Allah qarşısında təslim olmaq və itaət etməkdir.
Peyğəmbərlərin (ə) vasitəsilə istədiyi şeylər bütün millətlər üçün eyni olmuşdur. Quranın buyurduğu kimi səma dinlərinin ruhu bir şeydir.
Quran heç bir zaman din kəlməsini cəm halda işlətməmişdir. Quranın bu dinə İslam adını qoymasının səbəbi o deyildir ki, tarix boyunca dinlər bu adla məşhur olmuşdur. Bu cür adlandırmağında məqsəd odur ki, dində bir həqiqət vardır ki, onu İslam adı ilə daha yaxşı izah etmək olar. İkincisi isə bütün insanlar bütün şəraitlərdə sabit fitrətə və vahid həqiqətə malikdirlər. Din də insan səadətini təmin etmək üçün gəldiyinə görə, dinlərin cürbəcür olması mümkün deyildir. Ona görə də bütün dinlər öz zamanlarında insan səadətini təmin edən ən yaxşı yol olmuşdur.
Beləliklə demək olar ki, İlahi dinlər üsullarında bir-biri ilə fərqlənmirlər. Onların bir-biri ilə fərqi bəzi firuid-din məsələlərindədir. Bu da zamana görə dəyişir. İslam dininin lap əvvəldən insana nazil olmamasının bir neçə səbəblərini bəyan etmək olar:
1. İbtidai insanların geniş bir məsələləri dərk etməyə hazırlıqları yox idi. İslam dinindən əvvəl bəşər fikri büluğa çatmamışdı və ona görə də geniş məsələləri dərk etmək qabiliyyətinə malik deyildi. İnsan yavaş-yavaş, mənzil-mənzil dini ona göndərilən peyğəmbərlərin (ə) vasitəsilə dərk etməyə çalışırdı. Bu yolla da əbədi səadətə tərəf hidayət olunurdular. Son nübuvvəti qəbul edə bilmək üçün hazırlanırdılar.
2. Vəziyyətin dəyişməsi. İnsanın müxtəlif torpaqlardakı yaşayış vəziyyəti bir-biri ilə eyni deyildir. Vəziyyətlərin müxtəlifliyi, xüsusilə də həyatın və ictimai rabitələrin qarışıq olması dini hökmlərə az-çox öz təsirini qoymuşdur. Bu aydındır ki, əgər peyğəmbərlər (ə) bu günün qarışıq vəziyyətinə uyğun olan dini min il əvvəlki insanlar üçün şərh etsəydilər, əbəs bir iş görmüş olardılar. Bundan başqa, sonrakı zamanlarda onu tətbiq etmək də çətin olardı.
Ancaq İslam zühur edən zaman insanların fikri büluğa çatması imkan verdi ki, təkamül məsələlərini bir dəfəyə dərk etsinlər. İslam Peyğəmbərindən (s) sonra İmamların (ə) vasitəilə bu göstərişlərlə düz yola hidayət olundular. Böyük qeyb zamanında isə İslamşünaslar, alimlər, fəqihlər icdihad əsasında vəhyi təfsir edə bilir və onu bu günün şərtlərinə uyğun cavablandırırlar. Başqa bir tərəfdən isə, Həzrət Peyğəmbərin (s) şəxsiyyəti elə idi ki, qəbul etdiyi bütün vəhyləri lazımlı səviyyədə dərk edə bilirdi. Elə bir mərhələ yox idi ki, onu başa vurmamış olsun. Xatəm o kəsdir ki, bütün mərhələləri başa vurmuşdur və keçmədiyi mərhələ qalmamışdır.

Allah sizə yar olsun.

1655 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:15