Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Aprel 2014

Suriyada döyüşlərdə iki Qax sakini öldürülüb - Video

Qaydasız döyüş üzrə idman ustası olan döyüşçülərdən birinin həyat yoldaşı və üç uşağı da Suriyadadır

Suriyada daha iki azərbaycanlının öldürülməsi barədə məlumat yayılıb.

Onların hər ikisi Qax rayon sakinidir.

Öldürülən döyüşçülərdən biri “Cundullah Azəri” ləqəbi ilə tanınırmış. Onun əsl adının İbrahim olduğu bildirilir. Onun fotosu da yayılıb. “Cundullah Azəri” qaydasız döyüş üzrə idman ustası olub.

Onların hər ikisinin şəxsiyyəti müəyyən edilib. Məlum olub ki, Suriyada öldürülən şəxslər, Qax rayon sakinləri – 1981-ci il təvəllüdlü Kərimov İbrahim Aslan oğlu və 1987-ci il təvəllüdlü Samir Sadəddin oğlu Məmmədovdur.

İdmançı kimi tanınan İ. Kərimov bir il əvvəl həyat yoldaşı və üç uşağı ilə birgə Suriyaya gedib. Suriyada döyüşlərə qatılan İ. Kərimov öləndən sonra onun ailəsi ilə də əlaqə kəsilib. İ. Kərimovun ailə üzvlərinin sağ olub-olmadığı məlum deyil.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu terrorçular tərəfindən sosial şəbəkələrdə yayılıb./apa/

 

1465 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber