Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Aprel 2014

Ərdoğan Əliyevə iki dəfə siyahı təqdim edib

Türkiyənin baş naziri Bakıda Rövnəq Abdullayevlə niyə görüşüb?

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri zamanı ölkə başçısı Ilham Əliyevə nurçularla bağlı siyahı təqdim etməsi barədə xəbərlər təsdiqlənir. Bu məlumatı hakimiyyətin nəzarətində olan media quruluşları yaymışdı.

Ərdoğan özü xəbəri nə təsdiq, nə də təkzib edib. Azərbaycan tərəfinə gəlincə, Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov siyahı barədə deyilənlərin həqiqətəuyğun olmadığını iddia edib.

Lakin Türkiyənin “Tərəf” qəzeti bu iddiaları təsdiqləyən məlumatlar yayıb. Qəzet yazır ki, Ərdoğan Ilham Əliyevə bir yox, iki siyahı təqdim edib. Türkiyənin baş naziri birinci siyahını Azərbaycanın dövlət başçısına Soçidə qış olimpia oyunlarının açılış mərasimində verib. Həmin siyahı ilə bağlı sonra Azərbaycanın xüsusi xidmət orqanları araşdırmalara başlayıb. Bakıya səfəri zamanı isə Ərdoğan Ilham Əliyevə ikinci siyahını təqdim edib.

Ərdoğanın səfərilə bağlı bir ilginc məqam da onun Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə xüsusi olaraq görüşməsidir. Bu xəbəri də “Tərəf” qəzeti yayıb. Bildirilir ki, Ərdoğanın Rövnəq Abdullayevlə görüşü də nurçularla, daha dəqiq nurçulara bağlı olan təhsil ocaqlarının SOCAR-ın nəzarətinə keçməsilə bağlı olub.

Belə bir görüş olubsa, bunun Azərbaycan ictimaiyyətindən gizlədilməsi maraq doğurur.

Qeyd edək ki, nurçulara bağlı olan məmurlar sırasında Rövnəq Abdullayevin də adı hallandırılır./azadlıq/
1415 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:19
30