Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Aprel 2014

Rusiya dünyaya qarşı: İrana nüvə başlıqları satılacaq

Rusiya Qərbin tətbiq etdiyi sanksiyalara qarşılıq olaraq İrana nüvə başlıqları sata bilər.

Bu haqda ABŞ-ın “Deyli best” qəzeti yazıb.

Adı çəkilən qəzet Rusiya və İran arasındakı bu sövdələşmənin Qərbin İrana iqtisadi təyziqlərini azalda biləcəyini qeyd edib.

Məqalədə həm də bazar ertəsi məhz Rusiyanın İrana nüvə başlıqları satmasından ehtiyatlanan iki senatorun Obamaya İranla bağlı sanksiyaları yumşaltmağı təklif etdiyi də bildirilib.

Qeyd edək ki, keçən həftə “Röyter” agentliyi Rusiya və İran arasında “Neftin müxtəlif mallarla dəyişdirilməsi” ilə bağlı barterin olacağı haqqında xəbər yaymışdı. Adının çəkilməsini istəməyən iranlı məmur da bunu təsdiq edərək, belə bir barter nəticəsində Rusiyadan silah alınacağını istisna etməmişdi.
1304 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 00:01