Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Aprel 2014

ABŞ Rusiyanı İranla saziş bağlayacağı təqdirdə sanksiyalarla təhdid edib

ABŞ Moskva və Tehran arasında İran neftinin əmtəə malları ilə mübadiləsini nəzərdə tutan sazişin imzalanacağı təqdirdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər.

“BBC”-nin verdiyi xəbərə görə, bu barədə ABŞ-ın maliyyə naziri Ceykob Lyu bildirib.

Lyu bu barədə rusiyalı həmkarı Anton Siluanovu Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun rəhbər orqanlarının Vaşinqtonda keçirilən sessiyası çərçivəsində baş tutmuş ikitərəfli görüşdə xəbərdar edib.

Amerikalı nazirin sözlərinə görə, Rusiya və İran arasında bağlanacaq saziş “altılıq” ilə Tehran arasında əldə olunmuş razılaşmaya ziddir. Razılaşmaya əsasən İran Qərbin sanksiyalarının yumşaldılması müqabilində öz nüvə proqramını məhdudlaşdırmağı üzərinə götürüb.

“Röyters” agentliyinin məlumatına görə, Rusiya və İran arasında bağlanacaq 1,5 mlrd dəyərində “svop sazişi” İran neftinin Rusiyanın əmtəə malları ilə mübadiləsini nəzərdə tutur. Rusiya hakimiyyəti bu məsələyə şərh verməkdən imtina edib.
1317 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:11