Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Aprel 2014

Rus generalı Azərbaycanı hədələdi

Rusiya HHQ-nin komandan müavini "Ermənistana dəstək verəcəyik" deməklə rəsmi Bakını şantaj edir

"Dağlıq Qarabağla bağlı Rusiyanın səsləndirdiyi fikirlər Kremldə hazırlanmış bir plandır"

Krımı Ukraynadan qoparan Rusiya digər MDB dövlətlərinə də ciddi problemlər yarada bilər. Rusiyada səslənən bəzi çağırışlar bunu deməyə əsas verir. Azərbaycanın da şimaldan gələn təhlükə ilə üzləşə biləcəyi ehtimal olunur. Hətta Rusiyada Krımdan sonra Dağlıq Qarabağın da bu ölkəyə birləşdirilə biləcəyi ilə bağlı təkliflər səslənib.

Bu arada ölkəmizdə Putinin Krım siyasətini alqışlayan bəzi qüvvələrin bu istiqamətdə bəyanatları ilə yanaşı Azərbaycanın da işğal altında olan torpaqlarına sahib çıxmaq üçün analoji addımlar ata biləcəyi ilə bağlı təkliflər irəli sürülür. Lakin görünür, Rusiya buna imkan vermək niyyətində deyil.

Rusiya Hərbi Hava Qüvvələri komandanının müavini, general-leytenant Pavel Kuroçenkonun bəyanatı da bundan xəbər verir. Rus general Gümrü şəhərində olan 102-ci hərbi bazanın hava hücumundan müdafiə qüvvələrinin Ermənistana təhlükə olacağı təqdirdə erməni ordusu ilə birgə hərəkət edəcəyini deyib. Kuroçenko hava hücumundan müdafiə üçün aviasiyaların birgə nəzarət məntəqəsinin də yaradıldığını da xatırladıb. O bildirib ki, 102-ci hərbi bazada erməni tərəfinin döyüş növbəsi Rusiya hərbiçiləri ilə birgə vahid plan üzrə hərəkət edir.

Rus generalın bu açıqlaması Ermənistana hərbi dəstəyin ifadəsi ilə yanaşı Azərbaycana da təhdiddir.

Ekspertlər hesab edir ki, Dağlıq Qarabağla bağlı Rusiyanın səsləndirdiyi fikirlər Kremldə hazırlanmış bir plandır. Çünki Rusiyanın Krımı işğalından sonra G-8-dən xaric edilməsi və beynəlxalq birlikdəki fəaliyyətinin şübhə altına düşməsi Kremli cidd narahat edir. Buna görə də Moskvada düşünürlər ki, ABŞ və Farnsanın da həmsədr olduğu Minsk qrupu formatında fəallaşma bu mənzərəni dağıda bilər. Bu məqsədlə Rusiya Azərbaycanda birbaşa və dolayı təsiri altında olan qüvvələrdən istifadə edərək guya Kremlin sülh yaratma prosesində potensialının və ya niyyətinin olduğunu göstərmək istəyir. Bununla belə Rusiya generalının son açıqlaması Kremlin taktiki addımlarının, yəni yaratmaq istədiyi mənzərənin bir illüziya olduğunu ortaya qoyur. Rusiya təbii ki, BMT-də Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən Azərbaycanı bağışlaya bilməz. Rəsmi Bakı isə ənənəvi olaraq addımlarını balanslaşdırmaq cəhdi ilə kobud səhvə yol verərək MDB xarici işlər nazirlərinin, həmçinin müdafiə nazirlərinin sammitində fəal iştirakla, eyni zamanda Rusiya generalı Gerasimovu medalla təltif etməklə Qərbə münasibətdə əldə etdiyi dividendləri neytrallaşdırdı. Rusiya da bundan istifadə edib vəziyyəti öz xeyrinə dəyişməyə cəhd edir. General Pavel Kuroçenkonun son açıqlaması Kremlin ənənəvi hədə dilinə uyğun olaraq Azərbaycanı Moskvaya tərəf dartmaq cəhdidir./azadlıq/
1429 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:08
Avropa və qadın