Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Oktyabr 2013

Böyük Britaniya və İran diplomatik münasibətləri yeniləyəcək

Uilyam Heyq: "Yaxın gələcəkdə Böyük Britaniya və İran höküməti yenidən Tehranda və Londonda öz səfirliklərini aça biləcəklər"

Səkkiz gün ərzində Böyük Britaniya və İran höküməti aralarında olan diplomatik münasibətləri yeniləyəcəklər. Ans-in Rusiya mətbuata istinadən verdiyi xəbərə görə, İranın Xarici işlər nazirliyinin rəsmisi Mərziyə Əfxəmi bu müddət ərzində hər iki ölkədən vəkillər təyin ediləcəyini açıqlayıb. Onun sözlərinə görə, vəkillər paytaxtlara müntəzəm səfərlər təşkil edəcəklər. Bundan dərhal sonra hər iki ölkə səfirliklərinin işi yenilənəcək".

Britaniya xarici işlər naziri Uilyam Heyq isə yaxın gələcəkdə Böyük Britaniya və İran hökümətinin yenidən Tehranda və Londonda öz səfirliklərini aça biləcəklərini söyləyib.

Qeyd edək ki, Böyük Britaniya höküməti 2011-ci ilin noyabrında Tehranda səfirliyinin bağlanması barədə qərar qəbul edib. İran tərəfi isə cavabına Böyük Britaniyadan öz diplomatlarını geri çağırıb.
1525 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...