Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Aprel 2014

Donetskdə xalq ordusu yaradılır

Donetskdə rusiyameylli etirazçılar xalq ordusu yaratmağı qərara alıb

Donetskdə vilayət administrasiyasının inzibati binasını ələ keçirən rusiyameylli etirazçılar “xalq ordusu” yaratmağı qərara alıblar.

“İTAR-TASS”ın verdiyi xəbərə görə, bu barədə aprelin 7-də elan olunan “Donetsk xalq respublikasının” liderlərindən biri olan Denis Puşilin keçirdiyi mətbuat konfransında bildirib.

“Biz bu gündən xalq ordusunun yaradıldığını və onun formalaşdırılmasına artıq başlandığını elan edirik”, deyə o qeyd edib. Onun sözlərinə görə, “ordu komandanı” İqor Kakidzyanov təyin olunacaq.

Puşilinin sözlərinə görə, ordu “Donetsk xalq respublikasının” xalqının və “respublikanın” ərazi bütövlüyünün mühafizəsinin təmin etmək üçün gərəkdir./apa/


1368 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:39