Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Aprel 2014

Ukrayna sərhədində cəmləşən rus qoşunlarının şəkli yayıldı - Foto

Rusiya Silahlı Qüvvələrinin Baş qərargahı: "NATO tərəfindən yayımlanan bu şəkillər 2013-cü ilin avqust ayında keçirilən təlimlərdə cəkilib"

NATO Ukraynanın sərhədi yaxınlığında cəmləşən Rusiya hərbi qüvvələrinin təsviri olan görüntüləri yayıb.

Sputnikdən çəkilən şəkillərdə Rusiya Silahlı Qüvvələrinin hərbi texnikası və döyüş sursatlarının hazır vəziyyətdə Ukrayna sərhədində cəmləşdiyi görunur. Rusiya Silahlı Qüvvələrinin Baş qərargahının nümayəndəsi bu şəkillərin "Birlik -2013” təlim-manevr zamanı çəkildiyini bildirib.

”NATO tərəfindən yayımlanan bu şəkillər 2013-cü ilin avqust ayında keçirilən təlimlərdə cəkilib. Bu, keçən yay Ukrayna sərhədi yaxınlığında müxtəlif təlimlərdə iştirak edən Rusiya qoşunlarının Cənub hərbi dairəsinin texnikalarının təsviridir" deyə baş qərargah sözçüsü bildirib.

Qeyd edək ki, NATO Ukrayna ilə sərhədi boyunca 35-40 min rus qoşunlarının cəmləşdiyini qeyd edib./ans/
1307 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:41