Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Aprel 2014

Türkiyə parlamentində “Şərəfsiz” gərginliyi (Foto)

TBMM-də yaranmış mübahisə zamanı millət vəkilləri bir-birlərinə hücum ediblər

Türkiyə Bğöyük Millət Məclisində (TBMM) növbəti dəfə millət vəkilləri arasında gərginlik baş verib. Hadisə “Dövlət Xəbəralma Xidmətləri və MİT” qanununda dəyişikliklərin müzakirəsi vaxtı baş verib.

Məlumata görə, TBMM kürsüsündə müvafiq qanunda ediləcək dəyişikliklər barədə çıxış edən dövlət naziri Bəşir Atalay daha sonra yerinə keçərək oturub. Bu vaxt MHP cərgəsindən ona “şərəfsiz” deyildiyini idda edən Atalay MHP Aydın millət vəkili Əli Uznırmakla mübahisə etməyə başlayıb. Dövlət nazirinin də MHP millət vəkilinə eyni sözü təkrar etməsindən sonra tərəflər arasında mübahisə böyüyüb.

Bundan sonra TBMM-də gərginlik yaranıb və Uzunırmak yerindən qalxaraq Atalaya hücum edib. Əli Uzunırmakı millət vəkilləri çətinliklə dayandırıblar.

Parlamentin vitse-spikeri Meral Akşener gerginlik səbəbindən TBMM-nin plenar iclasında fasilə elan edib.

Xatırladaqki, son aylarda Türkiyədə millət vəkillərinin parlamentdə dalaşması adi hala çevrilib. Bu çərçivədə baş vermiş davalarda hətta xəstəxanalıq olan millət vəkilləri də olub./ans/
1330 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:44