Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Oktyabr 2013

Dünya çempionatı: Valentin Xristovdan 2 kiçik medal

Polşanın Vrotslav şəhərində keçirilən dünya çempionatında Azərbaycanın daha bir ağırlıqqaldıranı “körpücük” üzərinə çıxıb. Lent.az-ın məlumatına görə, 62 kq çəki dərəcəsində çıxış edən Valentin Xristof iki hərəkətin cəmində mükafatçılar sırasında yer ala bilməyib.

Xristov birdən qaldırmada əvvəlcə 136 kq, ardından 139 kq, üçüncü cəhdində isə 141 kq ağırlığın öhdəsindən gələrək, kiçik bürünc medala sahib olub. Təkanla qaldırmada isə o, ilk cəhdində 170 kq-ın öhdəsindən gəlsə də, ikinci və üçüncü cəhdlərində 176 kq-la bacarmayıb. Nəticədə 19 yaşlı atletimiz daha bir kiçik “bürünc” qazanıb.

Lakin Xristov iki hərəkətin cəmində 311 kq nəticə ilə 4-cü olub. Dünya çempionu adını çinli Li Jun Çen 321 kq (146 + 175) nəticə ilə qazanıb. Gümüş medala 320 kq (150 + 170) ağırlığın öhdəsindən gələn KXDR təmsilçisi Un Quk Kim sahib olub. Kolumbiyalı Oskar Fiqueroa Moskuera isə 316 kq (139 + 177) göstərici ilə bürünc medalla kifayətlənib.

Xristov son 3 ildə ilk dəfə nüfuzlu yarışda iki hərəkətin cəmində medalsız qalıb. O, 2012 və 2013-cü il Avropa çempionatlarında 56 kq və 62 kq çəki dərəcələrində qızıl, 2011-ci il dünya çempionatında və 2012-ci il London Yay Olimpiya Oyunlarında 56 kq çəki dərəcəsində bürünc medala yiyələnib.

Qeyd edək ki, dünya çempionatının ilk günündə Azərbaycan ağırlıqqaldıranı Kristina Yovu qadınların mübarizəsində 53 kq çəki dərəcəsində 221 kq (100 + 121) nəticə ilə gümüş medal qazanıb.
1564 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat