Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Aprel 2014

Bu gün ÇL-nın yarımfinal mərhələsinin püşkü atılacaq

İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılacaq. İnterAz-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Yarımfinalda oynamaq hüququ qazanan 4 komandadan ikisi İspaniyanı təmsil edir ki, püşk yenidən bu ölkənin komandalarını üz-üzə qoya bilər. Qalan iki klubdan biri İngiltərəni, digəri isə Almaniyanı təmsil edir.

Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları 22-23 və 29-30 aprel tarixlərində keçiriləcək.

Yarımfinalçılar: "Atletiko" (Madrid, İspaniya), "Real" (Madrid, İspaniya), "Bavariya" (Almaniya) və "Çelsi" (İngiltərə).
1424 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:35