Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Aprel 2014

Putin Avropanı təbii qazı kəsməklə təhdid etdi

Rusiya lideri Putin Ukrayna böhranı ilə bağlı əlaqələrinin son dərəcə pisləşdiyi Avropanı mavi qazı kəsməklə təhdid edib.

Avropalı liderlərə xitabən yazdığı məktubunda Putin Ukrayna ərazisindən Avropaya təbii qaz ötürən xətlərdə axının dayana biləcəyinə eyham vurub.

Krımın ilhaqından sonra Qərblə əlaqələri pisləşən Putin enerji kartını oynamağa hazırlaşır.

Rusiya prezidenti Avropa Birliyi liderlərinə xitabən yazdığı məktubda Ukrayna ilə yaşanan təbii qaz böhranından Avropa ölkələrinin də təsirlənə biləcəyini qeyd edib.

Davam edən enerji böhranını xarakterizə edən Putin Ukraynanın "Qazprom"a 2 milyard dollardan çox borcunun olduğunu xatırladıb.

Putinin məktubunda bu ödənişlərin edilməməsi durumunda təbii qazın dayandırılacağını və Avropa Birliyinə Ukrayna ərazisiindən keçən təbii qaz tranzit boru kəmərlərinin da bu sanksiyadan kənarda qalmayacağını bəyan edib.

Avropa Birliyi qaz ehtiyacının təxminən 1/3-ni Rusiyadan alır.

Xatırladaq ki, Avropa Şurası bu gün Rusiyanın şurada səsvermə hüququnu əlindən alıb.
1203 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:56