Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Aprel 2014

"Geriyə yolumuz yoxdur, növbədə şərəf və ləyaqətimizdir"

Tanınmış vəkil Aslan İsmayılov ölkədə baş verən özbaşnalıqlar, qanun pozuntuları ilə bağlı çağrış edib. A.İsmayılov vətəndaşları baş verənlərə biganə qalmamağa səsləyib:

"Əziz Həmvətənlərim! Zakir Hüseynov və onun ailəsinin başına gətirilənlər bizim hər birimizin şərəf məsələsi olmalıdır. Bu gün biz sakit dursaq məmur və polis qruplaşması bizim hər birimizin qızımızı bədbəxt etməkdə, atamızı, anamızı, həyat yoldaşımızı, bacımızı döyməkdə, təhqir etməkdə özlərini haqlı sayacaqlar. Dəfələrlə dediklərimi bir daha təkrarlamaq zorundayam. Yararsız hakimiyyət olmur, yararsız vətəndaşlar olur ki, öz haqlarını tələb etmirlər.

Zakir Hüseynovu evindən döyə-döyə aparıb, bu zaman "Aslan İsmayılovu səndən də pis günə salacağıq" deyənlərə, başda 8-ci polis bölməsinin rəis müavini və onun havadarları olmaqla hamınıza bildirirəm, DİN BMCMİ-nə məni aparıb vurduğunuzu, ölümlə təhdid etdiyinizi bir an belə yaddan çıxarmamışam və yaşadığım qədər Sizin cəzalandırılmanıza çalışacam!

20 yaşlı Vüsal Şilderin qətlini təşkil edənlər, sifariş verənlər bu gün də azadlıqda, vəzifə başındadırlar. Bu faciə də tək onun anası Mətanət xanımın faciəsi deyil, hamımızın faciəmizdir. Sabah bizim də balalarımızı öldürəcəklər. Hesab etməyin ki, baş verənlər bilavasitə Sizə aid deyil.

Şəxsiyyətinə hörmət etdiyim professor Çapay Sultanov kitablarında İkinci Dünya savaşında SSRİ-nin qalib gəlməsində ən əsas amilin bir addımın və bir şüarın olduğunu bildirir. Alman əsgərləri artıq Moskvanın bir addımlığında olanda müharibə başlayandan geri çəkilən sovet əsgərlənin biri səngərdən dik qalxıb çığırır: "Geriyə yol yoxdur, arxada Moskvadır!" Hesab edirəm ki, artıq bizim də geriyə yolumuz yoxdur, növbədə bizim şərəf və ləyaqətimizdir"./azadlıq/
1446 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:15