Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Aprel 2014

Rusiya Yanukoviçi Ukraynaya verməyəcək

Rusiya Viktor Yanukoviçin Ukraynaya verilməsi üçün əsas görmür.

Bunu Rusiyanın Baş prokuroru Yuri Çayka bəyan edib.

Baş prokuror Simferopolda agentliyin suallarına cavab verərkən deyib: "Bizdə olan məlumata görə, o heç bir cinayət törətməyib və ona görə də onun ekstradisiyası üçün heç bir əsas yoxdur".

Çayka qeyd edib ki, Rusiya əvvəlki kimi Yanukoviçi legitim prezident hesab edir. "Viktor Yanukoviç legitim prezidentdir. Bu gün Kiyevdəki hakimiyyət isə silahlı çevriliş nəticəsində hakimiyyətə gəlib. Mən bunu hüquqşünas kimi deyirəm".

Onun sözlərinə görə, yeni hakimiyyətlə bağlı çoxlu sayda suallar var: "Hədsiz sayda cinayətlər həyata keçirilib və onları araşdırmaq lazımdır".

Qeyd edək ki, Ukraynanın yeni hakimiyyəti devrilmiş prezidenti Kiyevin mərkəzində keçirilən etiraz aksiyaları zamanı insanların güllələnməsində iştirakda ittiham edir. Ukrayna MTİ-nin rəhbəri Valentin Nalivayçenkonun bir az əvvəl bildirdiyi kimi, hüquq-mühafizə orqanlarında Yanukoviçin və MTİ-nin sabiq rəhbəri Aleksandr Yakimenkonun tutulmasına məhkəmənin icazəsi var.

Həmçinin, Yanukoviçi Ukraynanın cənub-şərqində etiraz aksiyalarının maliyyələşdirilməsində ittiham edirlər./Trend/
1309 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber