Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Aprel 2014

"Erməni soyqırımını qəbul edirik”

Dövlət Departamenti: "Erməni soyqırımını qəbul edirik”

ABŞ Dövlət Departamenti Senatın qondarma erməni soyqırımı qətnaməsini qəbul etməsi ilə bağlı münasibət bildirib.

Bununla bağlı Dövlət Departamentinin rəsmisi Ceyn Psaki mətbuata verdiyi açıqlamasında deyib:

“Biz bu tarixi faktı aydın şəkildə qəbul edirik və Osmanlı imperiyasının son günlərində öldürülən 1.5 milyon erməninin halına acıyırıq. Bu dəhşətli hadisə XX əsrin ən qorxunc vəhşiliklərindən biridir”.

“ABŞ 1915-ci il hadisələrini soyqırım kimi tanıyırmı?” sualına isə Psaki, “Mən artıq öz mövqemizi bildirmişəm” cavabını verib.
1148 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 09:17