Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Aprel 2014

Çempionlar Liqası və Avropa liqasının yarımfinal mərhələsinin püşkü atıldı

Çempionlar liqası və Avropa liqasının yarımfinal mərhələsinin püşkü atıldı

İnterAz-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayıb.

Yarımfinalda oynamaq hüququ qazanan 4 komandadan ikisi İspaniyanı, qalan iki klubdan biri İngiltərəni, digəri isə Almaniyanı təmsil edir. Çempionlar liqasında olduğu kimi Avropa liqasının da yarımfinalına vəsiqə qazanan 4 komandadan ikisi İspaniyanı təmsil edir ki, həmin klubların bu mərhələdə qarşılaşması mümkündür. Klublardan biri Portuqaliyanı, digəri isə İtaliyanı təmsil edir.

Püşkün nəticəsi aşağıdakı kimidir:
Çempionlar liqası:
1."Real"Madrid - "Bavariya"
2."Atletiko" Madrid - "Çelsi"

Avropa liqası:
1."Sevilya" - "Valensiya"
2."Benfika" - "Yuventus"

Qeyd edək ki, Çempionlar Liqasının yarımfinal mərhələsinin oyunları 22-23 və 29-30 aprel, Avropa Liqasının yarımfinal mərhələsinin oyunları isə 24 aprel və 1 may tarixlərində keçiriləcək.
1335 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı