Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Aprel 2014

Kreml: İranla Rusiya arasında “svop sazişi” BMT qanunları əsasında olacaq

Rusiya ABŞ-ın təhdidlərinə cavab verib.

“Fars” xəbər agentliyinin verdiyi məlumata görə, Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib ki, İranla Rusiya arasında imzalanması planlaşdırılan xam neft qarşılığında əmtəə və avadanlıq mübadiləsinə dair müqavilə BMT-nin qanunları əsasında olacaq: “İranla hər hansı neft barteri müqaviləsi ABŞ-ın bu ölkəyə qarşı tətbiq etdiyi sanksiya qaydalarına deyil, BMT-nin qanunlarına uyğun olaraq həyata keçiriləcək. Biz BMT-nin qərarlarına və bəzi sanksiyalarına, xüsusilə bir sıra məhsullarla bağlı qadağalarına əməl edir və ona uyğun addım atırıq. Burda bir incə məqam var. Belə ki, amerikalı tərəfdaşlarımızın özlərinə məxsus qanunları var. Bu da BMT-nin qanunları ilə bir qədər fərqlidir və onlar da öz qanunlara görə hərəkət edirlər”.
1362 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
02.12.16, 23:55
Kim Çen İn