Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Aprel 2014

12 aprel ümumdünya Aviasiya və Kosmonavtika Günüdür

12 aprel ümumdünya Aviasiya və Kosmonavtika Günüdür.

53 il əvvəl, 1961-ci ilin aprelin 12-də Yuri Qaqarin bəşər tarixində ilk dəfə kosmosa uçub. Kosmonavtın uçuşu 108 dəqiqə davam edib. Qaqarin bununla kosmosun fəthi erasının əsasını qoyub.

Sovet kosmonavtikasının baniləri arasında azərbaycanlı Kərim Kərimovun da adı var. O, daha çox "R-2" raketlərinin istehsalında müstəsna rol oynayıb. K.Kərimov da istehsalında iştirak etdiyi belə raketlərdən birinin köməkliyi ilə 1957-ci il oktyabrın 4-də dünyada ilk dəfə olaraq yerin süni peyki kosmik fəzaya çıxarılıb və bununla da planetimizdə kosmos dövrü başlanıb. Eyni zamanda, Kərim Kərimov kosmosa uçuş üzrə dövlət komissiyasının sədri olub. Kosmonavtlar uçuşlarını başa vurub yerə enəndə məhz ona məruzə ediblər.

Azərbaycanda aerokosmik sənayenin yaradılması və bu sahənin inkişafı isə 2008-ci ildə prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamdan sonra başlayıb. Ölkədə fəaliyyət göstərən aerokosmik Agentliyin qarşıda duran başlıca vəzifəsi müdafiə qüdrətinin möhkəmlənməsinə və inkişafına xidmət edən layihələri icra etməkdir.
1271 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
Go to TOP