Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Aprel 2014

Azərbaycanda yol qəzaları ilə bağlı qorxunc statistika

Ötən il dünyasını dəyişən 54 383 nəfərdən 1164-ü yol qəzasının qurbanı olub

Ötən il Azərbaycanda 54 min 383 nəfər dünyasını dəyişib ki, bunların da 1164 nəfəri avtomobil qəzalarının qurbanı olub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Yol qəzaları ilə bağlı qorxunc statistika barədə dəfələrlə məlumatlar yayılıb. Hər dəfə də bu cür məlumatların meydana çıxmasının ardından rəsmi mənbələr cərimələri sərtləşdirməklə, müvafiq profilaktik iş aparmaqla məsələni yoluna qoymağa çalışdıqlarını bəyan edir. Lakin vəziyyət müsbətə doğru dəyişmir, əksinə, daha da pisləşir. Yol qəzalarında dünyasını dəyişənlərin əksəriyyətinin gənc və orta yaşlılardır.

Vəkil Iradə Cavadova da hesab edir ki, qaydaları sərtləşdirmək, cərimələri artırmaq çıxış yolu deyil. Son illərdə bir sıra addımlar atılsa da, əks effekt verib - qəzaların və bu qəzalarda ölənlərin, yaralananların sayı artıb. Hüquq müdafiəsinin fikrincə, bu sahədə dövlət proqramına ehtiyac var. Onun sözlərinə görə, yolların düzgün tikilməməsi, piyada keçidlərin düzgün quraşdırılmaması, tratuarlarının standartlara uyğun olmaması da məsələyə təsirini göstərir: “Sürücü və maşınlarla bağlı profilaktik tədbirlərin görülməsi, sığorta məsələsi gündəmdə olmalıdır. Icbari sığorta məsələsinə diqqət yetirilməlidir. Avtomobillərdə 37 faiz sığortanın olmaması dəhşətdir. Bu məsələləri tənzimləmək, profilaktik tədbirlər görmək lazımdır. ”Parkovka" məsələsinə icazə verilmir. Yalnız mərkəzdə pullu xidmətlər var. Xəstəxanaların, məktəblərin yanında avtomobil dayanacaqları olmalıdır. Insanlar bilmir ki, maşını harada saxlasın. Insanlar harada gəldi maşın saxlayır, nəticədə qəzalar baş verir".

I.Cavadova avtoxuliqanlarla mübarizə, yol qəzaları ilə bağlı ekspertiza rəylərinə də diqqət çəkir. Qeyd edir ki, Azərbaycanda bircə monopolist ekspertiza var və məhkəmələr də yalnız ona istinad edir. Bu da vəziyyətin obyektiv və ədalətli dəyərləndirilməsinə imkan vermir.

Eyni zamanda, maşınların çoxluğu, bir sıra hallarda yeraltı keçidlərdən təyinatı üzrə istifadə olunmaması, lazımi yerlərdə piyada keçidlərinin olmaması və s. hallar da qəzalara rəvac verən səbəblərdəndir. Iradə Cavadova sürücü mədəniyyəti və s. məsələlərə də diqqət yetirilməsini vacib sayır: “Təkcə cərimələrin artırılması və qaydaların sərtləşdirilməsi bu problemin həlli yolu deyil”./azadlıq/
1295 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:44