Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Aprel 2014

Çexiya prezidenti: “Rusiyanı dayandırmasaq…”

Çexiya Prezidenti Miloş Zeman Ukrayna ətrafında cərəyan edən hadisələrlə bağlı açıqlama verib.

Zeman Avropa Birliyi və NATO-nun Rusiyanın aqressiv siyasətinin qarşısının alınmasına səy göstərməsə, növbəti hədəfin Moldova olacağını bildirib. Onun sözlərinə görə, hər iki qurum hərəkətlərində qərarlı olmalıdırlar:

”Avropa Birliyi və NATO davranış və hərəkətlərində qətiyyətli, qərarlı olmalıdırlar. Maksimum güc sərf etməlidirlər. Rusiya təhlükəsizlik orqanlarının Ukraynanın cənubi, şərqindəki təxribatlarının qarşısının alınmasına çalışmalıdırlar”.

Çexiyanın Avropa Birliyinə üzv qəbul olunmasının10 illiyi ilə əlaqədar Praqada düzənlənən törəndən sonra “Azadlıq” radiosuna müsahibəsində Zeman əlavə edib ki, Ukrayna torpaqlarının işğalından həvəslənən Rusiya separatçı Dnestryanı qurumu və bütövlükdə Moldovanı öz çətiri altına sala bilər.

Xatırladaq ki, bu gün Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton bəyanatla çıxış edərək, Rusiyaya qarşı sanksiyalara daha dörd ölkənin - Çernoqoriya, İslandiya, Albaniya və Norveçin – qoşulduğunu bildirib./axar/
1272 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı