Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Aprel 2014

Rusiyadan Azərbaycana ərazi iddiası səsləndi

Ramon Daliyev adlı dağıstanlı blogger separatçılıq toxumu səpəcək müəllif yazı ilə çıxış edib.

Daliyev “əgər tarixi ədaləti bərpa edib Rusiyanın torpaqlarını geri qaytarırlarsa, bunu axıra qədər etmək lazımdır” iddiasını ortaya atır:

”Yarı yolda dayanmaq lazım deyil. Krımı geri qaytardıq, gəlin sərhədlərin otayında qalmış ərazilərimizi də doğma Rusiyamıza daxil edək. Azərbaycanın şimalında Rusiyaya qaytarılası ərazi var. Həmin ərazilərin 90 faizi ləzgilərdi. Keçmiş Sovet vətəndaşları. Günlərin birində Stalin çay boyunca bir xalqı iki hissəyə böldürdü. Bu, ona sərf edirdi. Eynilə Krımda olduğu kimi, sadəcə birini Xruşşov, digərini isə Stalin vermişdi. 500 mindən çox ləzgi Azərbaycan tərəfində qaldı. Hazırda onlar təzyiq və aqressiya altında yaşayırlar. Türkləşmə prosesinə məruz qalıblar”.

Daliyev sonra vurğulayıb ki, dövlət daxildə yaşayan xalqlara eyni gözlə baxdıqda güclüdü. Əlavə edib ki, çıxış yolunu Rusiyanın dəstəyində görürlər:

”Rusiyanın dəstəyindən yararlanmaq istəyirik. Bu zaman qazancımız nə olacaq? Qəbələ RLS-in də daxil olduğu ərazilərin hamısı Rusiyaya birləşdiriləcək. Həmçinin tropik iqlimə malik Qafqaz sıra dağlarının cənub yamaclarını əldə etmiş olacağıq. Bu, strateji əhəmiyyət kəsb edir. Əgər həmin torpaqları qaytara bilsək, dünyanın yarısını nəzarətdə saxlaya biləcəyik. Bundan başqa, Azərbaycan neftinin nəqlinin nəzarəti də əlimizə keçəcək. Odur ki, nə sanksiyalardan, nə də digər qadağaları nəzərə almadan əməli işə keçməliyik. Bunu gecikdirmək olmaz”.

P.S. Xəbər vermək missiyasından uzaqlaşmağa və ramodaliyevlərə xırdaca xatırlatma verməyə məcburuq: Əslində, Dərbəndə qədər ərazi Azərbaycanın tarixi torpaqlarıdır və bu ərazi Azərbaycan Xalq Cümhuriyyəti dövründə də (1918-20) Azərbaycan torpağı olaraq Avropa və ABŞ tərəfindən tanınıb. Digər tərəfdən, Azərbaycanda yaşayan azsaylı xalqların sayını şişirtməklə heç nəyə nail olmaq mümkün deyil: bu vətən hamının, bütün azərbaycanlılarındır./axar/
1298 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 10:58<