Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Aprel 2014

Tələbənin intihar addımındakı “nurçu” izi - Ukraynada

Fevralın 28-də Xarkovda özünü qaldığı yataqxanadan atan Ukrayna Milli Mülki Müdafiə Universitetinin azərbaycanlı II kurs tələbəsi Eldarlı Arif Elşən oğlunun intiharının dəhşətli səbəbləri məlum olub.

Etibarlı mənbələrdən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, 20 yaşlı Arifin intiharına səbəb onun “nurçu” təriqətinə mənsub olması və bunun üstündə sevdiyi yerli qızla aralarında olan mübahisə olub. Qızın adını onun təhlükəsizliyi üçün açıqlamayan mənbə bildirir ki, A. Eldarlı Xarkovdakı daha çox azərbaycanlı və türkiyəli gənclərin təmsil olundu “Nurçular”a qoşulubmuş və mütəmadi olaraq onlarla birgə dini mərasimlərdə iştirak edirmiş. Buna görə də onun sevdiyi milliyətcə ukraynalı xanımla aralarında mübahisə yaranıb. Sevdiyi xanıma İslamı, onun mənsub olduğu təriqəti qəbul etdiyi təqdirdə evlənəcəyini israr edən A. Eldarlı qızdan rədd cavabı alır. Bir müddət sonra isə sevdiyi qızı başqası ilə görür və buna dözməyərək yaşadığı yataqxananın pəncərəsindən özünü atır.

A. Eldarlı və dostları son vaxtlar adı “nurçuların” Ukrayna qolunun fəalları arasında hallanan Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirovun və AzTV – nin Şərqi Avropa və Ukrayna üzrə müxbiri Möhsüm Aslanovun yaxınları olub. Xarkovda keçirilən bir sıra tədbirlərdə onların təşkilati dəstəkçiləri olublar. A. Eldarlının ölümündən dərhal sonra A. Tahirov və M. Aslanov onun ölümünün səbəblərinin gizlədilməsi üçün Xarkovdakı azərbaycanlı tələbələri ciddi şəkildə təlimatlandırıblar. Bunu Xarkovdakı adının çəkilməsini istəməyən mənbəmizə A. Eldarlının dostları da etiraf edirlər. Onlar A. Eldarlının ölümündən sonra A. Tahirovun, M. Aslanovun və “nurçular”ın Ukrayna üzrə digər nümayəndəsi Ayaz Salmanovun, o cümlədən Türkiyədən olan digər təriqətçilərin təsirindən qorxmağa başlayıblar.

Qeyd edək ki, Ukrayna Daxili İşlər Nazirliyinin yerli strukturunun məktubunda qeyd olunur ki, cinayət işi artıq bağlanıb və bu intihar hadisəsidir. Bildirilib ki, hadisə nəticəsində Ukrayna Milli Mülki Müdafiə Universitetinin II kurs tələbəsi, 20 yaşlı Eldarlı Arif Elşən oğlunun ağ ciyər və daxili orqanları dağılıb, bədənində çoxlu sınıqlar aşkarlanıb. Milis hadisənin detallarının naməlum səbəblər üzündən açıqlamamışdı./musavat/
1400 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı