Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Aprel 2014

Binası partladılan iş adamına təzyiqlər davam edir

Azər Əsgərov Kəmaləddin Heydərov və Orucəli Hacıyevin adamlarının təhdidləri ilə üzləşib

«Antalyada həyat yoldaşıma hücum olub, ona xəsarət yetirilib»

“Əvvəllər təhdid edirdilər, indi isə artıq hücuma keçiblər” - bunu “Azadlıq”a AXCP-nin icarəyə götürdüyü və martın 3-də partladılaraq, ertəsi gün sökülən mülkün sahibi Azər Əsgərov deyib. Onun sözlərinə görə, aprelin 10-da Antalyada yaşayan həyat yoldaşına hücum ediblər: “Amerika Kültür Antalya mərkəzinin rəhbəri Halil Çil yoldaşıma xətər yetirib. Qolu zədələnib. Həkimdən kağız alıb, Türkiyə prokurorluğuna müraciət edib. Bundan başqa, Kəmaləddin Heydərovun, onun müavini Orucəli Hacıyevin Xaçmazda, Ismayıllıda və ölkənin başqa rayonlarında villalarını tikən şəxslər ailəmi təhdid edirlər. Həyat yoldaşıma deyiblər ki, sizin gərək ağzınızı bağlayaq ki, danışa bilməyəsiniz. Bundan başqa, Türkiyənin Mersin şəhərində Kəmaləddin Heydərovla Orucəli Hacıyevin ”Qamma" adlı şirkəti bütün inşaat işlərini görür. Orada çalışan şəxslərdən də bizə təhdidlər gəlib".

Şikayətçi onu da bildirdi ki, Azərbaycan demokratik ölkə deyil: “Demokratik ölkədə bir nazirə qarşı iddia qaldırılırsa, o ya media vasitəsilə cavab verərdi, ya da istefa verib gedərdi”.
1632 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP