Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Aprel 2014

Zəmzəm suyu zəng səsi ilə qaralır...

Su zəng səsi ilə qaralır, azan və «Qurani Kərim» oxunduğundan isə aydınlaşır

Yaponiyalı alim Masura Emoto «Zəmzəm» suyu üzərində təcrübə apararaq ilk dəfə suyun sirlərini sənədlə açıqlayıb. Təcrübə zamanı məlum olub ki, «Zəmzəm» suyu son dərəcə səslərə həssasdır. Su zəng səsi ilə qaralır, azan və «Qurani Kərim» oxunduğundan isə aydınlaşır.

Masura Emoto bildirib ki, «Zəmzəm» suyu həm fiziki, həm də kimyəvi xüsusiyyətlərinə görə, yer üzündəki bütün sulardan fərqlidir: «Zəmzəm su ətrafında baş verən bütün dəyişikləri yaddaşda saxlayır. Bu suyun quruluşu çox fərqlidir. 4 min ildir ki, su nə azalır, nə çirklənir, nə də yosunlaşır».

Qeyd edək ki, «Zəmzəm» suyu mübarək bir sudur. Kəbə evinin yaxınlığındakı yerdən başqa bir yerdə çıxmır. Muhəmməd peyğəmbər özü (s. a. v.) bu sudan içib və içilməyini məsləhət görüb. Həcc və Ümrə ziyarətlərinə gedib gələnlərin oralardan gətirdikləri ən qiymətli hədiyyələrin arasında birinci yeri Zəmzəm suyu tutur. Hər il Həccə gedən milyonlarla müsəlman bu sudan içir. İnsanlar bu sudan içdikdən 35 dəqiqə sonra özlərində rahatlıq tapırlar./ans/
1553 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı