Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Aprel 2014

Cəlilabad sakininə sərhəddə işgəncə verildi

Cəlilabad sakininə sərhəddə işgəncə verildi Cəlilabad şəhəri V.Niftullayev küçəsi ev 32 də yaşayan Əliyev Fikirət Məhərrəm oğlundan şikayət məktubu daxil olub

Qeyd edək ki, bizimlə yanaşı şikayət ərizəsinin sürətləri İlham Əliyevə, Baş prokurora və digər aidiyyatı qurumlarada göndərilib. Vətandaş şikayətinin olduğu kimi yayımlayırıq:

Bildirirəm ki, V.Niftullayev küçəsi ev 32 - də yaşayıram. 26 dekabr 2013 cü il tarixində saat günorta saatlarında İran İslam Respublikasından tibbi müayinədən qayıdırdım. Nəzərinizə çatdırım ki, üç dəfə Azərbaycanda onurğa sütünumdan əməliyyat olunmuşam. Bu dəfə müayinə məqsədi ilə İrandan qayıdarkən Biləsuvar Gömrük keçid məntəqəsində məni tanımadığım (görsəm tanıyaram) Elgün deyərək müraciət edilən şəxs mənə dedi ki, soyun, sonra pasportumu əlimdən zorla aldı. Mən onun kimliyi ilə maraqlandım. Dedi ki, sənə dedim ki, soyun. Mən ona özünü təqdim etməsini bildirdikdə, tanımadığım 4 nəfər mənim qollarımı burub, bir otağa saldılar. Burada məndən 100 manat pul tələb etdilər. Mən pulumun olsa da onlara verməyəcəyimi bildirdikdə, dedilər ki, səni həbs edirik. Bilmək istəyirəm nə vaxtdan gömrük işçiləri insanları həbs etmək iqtidarındadırlar?

Məni döymək istədilər, mənim qollarımı burub itələdilər, mənə qarşı zor tətbiq etdilər. Hal - hazırda mənə yetirilmiş xəsarətlər məni narahat edir. Onurğamda 4 yerdə onurğa yırtığı deyilən xəstəlikdən əziyyət çəkirəm. Bəzən ayaqlarım tutulur, yeriyə bilmirəm. Mən, gömrük işçilərinin mənə zor tətbiq etmələrindən sonra, özümü pis hiss edirəm. Onurğamda xəstəliyim bir az da gücləndiyindən, müalicəyə ehtiyacım var. Qollarım hazırda da məni narahat edir. Mən Azərbaycan Respublikasının vətəndaşıyam. Odur ki, xahiş edirəm Biləsuvar Gömkük keçid məntəqəsinin işçilərinin mənə qarşı zor tətbiq edərək, məndən rüşvət tələb etmələri barədə cinayət işinin başlanmasına göstəriş verməyinizi Sizdən xahiş edirəm.

Bu hadisə zamanı Cəlilabad şəhər sakini adını istintaqda bildirəcəm məni onların əlindən zorla alaraq, həkim çağırmasını tələb etsə də, onu da otaqdan qovmağa çalışdılar./politika/
1526 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber