Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Aprel 2014

Vəhabilər qisas almağa hazırlaşır?

Salyan polisi yüksək hazırlıq vəziyyətinə gətirilib, radikal dinçilərin qonşu rayondakı tərəfdarlarından yardım istədiyinə dair məlumat yayılıb

İki gün öncə Salyanda yerli şiələrlə vəhabiliyi qəbul etmiş şəxslər arasında qarşıdurma baş verib. Hadisəyə səbəb vəhabilərdən birinin rayonun mərkəzində “Haris” adlı dini dükan açması olub.

Qeyd edilir ki, rayon dindarları “Haris” adlı dükan açmaqla həmin vəhabinin bütün şiələri təhqir etdiyini deyiblər. Və İmam Hüseynin (ə) qatilinin adını dükana verməklə vəhhabilərin onlarıln heysiyyatı ilə oynadıqlarını vurğulayıblar.

Baş verən insidentdən sonra Salyanda vəziyyət gərgin olaraq qalır. Rayonda yayılmış xəbərlərdə deyilir ki, döyülmüş vəhabilər Bakı və digər rayonlardakı tərəfdarlarından yardım istəyiblər. Səbəb isə Salyan dindarlarından qisas almaqdır. Bu məsələdən rayon polisinin də xəbəri olduğunu bildirən mənbələr deyiblər ki, hazırda rayon polisi yarana biləcək xoşagəlməz durumun qarşısını almaq üçün yüksək hazırlıq vəziyyətinə gətirilib./jam.az/
1412 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı