Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Aprel 2014

İki prezident üz-üzə gəldi

Rusiya prezidenti Vladimir Putin borc səbəbindən Ukraynaya ixrac etdikləri qazın nəqlini dayandıracaqlarını bəyan edib.

Bu açıqlamadan sonra ABŞ prezidenti Barak Obama V. Putinin dediklərinə reaksiya verərək bəyan edib ki, Rusiya enerji mənbələrini Ukraynaya təzyiq göstərmək məqsədilə istifadə edir.

Bu arada V. Putin 18 Avropa ölkəsinin liderinə məktub göndərərək bildirib ki, Ukrayna iqtisadiyyatını böhrandan çıxarmaq üçün təcili görüşlərin keçirilməsinə ehtiyac var. Rusiya lideri məktubda həmçinin bildirib ki, Kiyevin 2,2 milyardlıq borcu ilə bağlı səbri daşmaqdadır. ABŞ Dövlət Katibliyinin sözçüsü Jan Psaki isə Rusiyanı Ukraynanı çətin vəziyyətə salmaq üçün enerji mənbələrindən istifadə etməyini pisləyib. Obama isə Almaniya kansleri Angela Merkellə telefon danışığında sözegedən məsələni müzakirə edib.

Qeyd edək ki, Rusiya dünəndən etibarən Ukraynaya qaz nəzlini dayandırıb.
1572 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 10:23
Bakı