Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Aprel 2014

Azərbaycanda çoban intihar edib

Çobanın heyvandarlıq təsərrüfatında asılmış meyidi tapılıb

Bu gecə Ağcabədi rayonunda 40 yaşlı çoban özünü öldürüb. Hadisə Muğanlı kəndində baş verib.

Belə ki, Cəsarət Əzizağa oğlu Fərəcovun heyvandarlıq təsərrüfatında asılmış meyidi tapılıb. Onun meyidini tanışları tapıb. Araşdırmalar zamanı onun intihar etdiyi məlum olub.

Qeyd edək ki, Cəsarət Fərəcov Lənkəranda yaşayır. Lakin o, Muğanlı kəndində çobanlıq edirmiş. Hazırda intiharın səbəbləri araşdırılır.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
1631 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber