Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Aprel 2014

Xərçəngin müalicəsi tapıldı

Hörümçək zəhəri xərçəngdən xilas edə bilər

Hörümçəklər insanların qorxulu röyası olan xərçəng xəstəliyini müalicə edə bilərlər. Tədqiqatçılar əmindirlər ki, hörümçəyin zəhəri süd vəzi xərçənginə qarşı effektiv kimyaterapiyanı qabaqlaya bilər.

Ceyms Kuk Universitetinin professoru Norel Deylinin sözlərinə görə, onlar artıq tarantul və sidney hörümçəyinin zəhərini test etmək üçün Avstraliyanın Milli Süd Vəzi Xərçəngi Fondundan 2 mln dollar dəyərində qrant alıblar.

"Hörümçək zəhəri xərçəngə qarşı potensial mübarizə vasitəsidir. İndi ilkin araşdırma aparılır. Ona görə də yekun nəticəni demək çətindir", deyə N. Deyli bildirib.

İlkin olaraq yüzlərlə zəhər molekulu laboratoriya şəraitində xərçəng hüceyrələri ilə eyni mühitə salınacaq və onların qarşılıqlı reaksiyası öyrəniləcək. Professor ümid edir ki, zəhərin mürəkkəb quruluşlu molekulu nəinki xərçəngin yayılmasını ləngidəcək, hətta onu tamamilə məhv edəcək./xezerxeber/
1768 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.05.17, 15:58
Astara sakini intihar edib
23.05.17, 08:48
Hakimiyyətin borc cehizi
22.05.17, 09:51
NÖVBƏTİ İNTİHAR
22.05.17, 09:47
YENƏ İNTİHAR
20.05.17, 22:33