Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Aprel 2014

Balıq yeyənlərin ömrü 2 il uzanır

Bundan əvvəlki tədqiqatlarda balığın altsheymer və ürək tutması kimi xəstəliklərin qarşısını aldığı məlum olmuşdu.

"Archives of Neurology" tibb jurnalının may ayındakı nömrəsində dərc edilən bir tədqiqata görə çox balıq yeyən insanlar qocalan zaman digərlərinə nisbətən daha cox yaddaşa malik olurlar. Bundan əvvəlki tədqiqatlarda balığın altsheymer və ürək tutması kimi xəstəliklərin qarşısını aldığı məlum olmuşdur.

Rush Tibbi Tədqiqat Universitetinin epidemioloqu Martha Callare Morris 3178 insan üzərində aparılan tədqiqatlar nəticəsində həftədə bir dəfə balıq yeyənlərin düşünmə qabiliyyətindəki zəifləmənin digərlərinə nisbətən 10% az olduğunu müəyyən etmişdir. Bundan əlavə bəzi məlumatlarda bildirilir ki, balıq yemək yaşlıların ömrünü 2 il uzadır.

ABŞ-dakı Harvard və Vaşinqton Universitetlərinin elm adamlarının etdiyi araşdırmada, somon kimi bəzi balıqlarda çox olan Omega 3 yağ turşusu 65 və daha çox yaşı olan kəslərin, ortalama 2.2 il çox yaşadığını, onların ölüm riskinin 27% azaldığını göstərib. Araştırmaya imza atanlardan Dr. Dariush Mozaffaris, uzun zaman Omega 3 baxımından zəngin olan balıqlarla qidalanmanın sağlamlıq baxımından faydalı olduğunu bildirib.

Elm adamları, bu nəticələrə ABŞ-da 65 və daha çox yaşı olan təxminən 2 min 700 adama aid 16 illik məlumatları araşdıraraq gəldiklərini qeyd ediblər./xezerxeber/
1740 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 00:39