Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Aprel 2014

Edvard Snouden NSA Araşdırma Komissiyasını parçaladı

Amerikada yaşanan dinləmə qalmaqalını araşdırmaq üçün Federal Parlament NSA Araşdırma Komissiyası qurulub. Komissiyada keçmiş NSA (Amerika Milli Kəşfiyyat İdarəsi-red.) agenti Edvard Snoudenin ifadələrinin alınması mübahisələrə səbəb olub və bu hal komissiyanın iclasının təxirə salınmasına səbəb olub, - CHA.

Müxalifət partiyaları olan Yaşıllar və Sol Partiyanın "Snoudenin ifadələri komissiyada dinlənilməlidir" israrına rəğmən iqtidar partiyaları CDU/CSU və SPD buna qarşı çıxır. Müxalifətin Snoudeni şahid kimi dinlənilməsi qərarında israr etməsindən sonra komissiya iclasını təxirə salmalı olub. NSA Araşdırma Komissiyası federal hökumətə məktub yazaraq Snoudenin şahidliyi mövzusunda mövqeyini bildirməsini istəyib.

Komissiyanın Snoudenlə bağlı qərarı 8 may 2014-cü il tarixli iclasında yenidən müzakirə ediləcək./deyerler/
1270 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber