Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Aprel 2014

İran-Rusiya tərəfdaşlığına həssaslıqla yanaşmaq məntiqli deyil

Rəsmi Tehran ABŞ-ın İran-Rusiya əlaqələri ilə bağlı verdiyi bəyanatı cavablandırıb.

SalamNews-un “İsna” agentliyinə istinadla verdiyi xəbərə görə, rəsmi Tehranın mövqeyini İran Xarici İşlər Nazirliyinin (XİN) təmsilçisi Mərziyyə Əfxəm çatdırıb.

O, İran və Rusiya arasında imzalanan neft müqaviləsinin ABŞ tərəfindən qınanmasını əsassız sayıb: “İran və Rusiya iki müstəqil dövlət kimi potensiallarından yararlanaraq, əlaqələrini müxtəlif sahələrdə inkişaf etdirmək istəyirlər. Ona görə də digər ölkələrin bu barədə narahatlığı məntiqsizdir.”

Bildirək ki, bu günlərdə İran və Rusiya ümumi dəyəri 20 milyard dollar olan “neft əvəzində qida” əsaslı müqavilə imzalayıblar.
1386 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP