Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Aprel 2014

Luqansk və Donetskdə yenidən gərginlik yaşanır

Ukraynanın şərq bölgələrinin sakinləri referendum tələb edirlər

Ukraynanın şərqində yerləşən Luqansk şəhərində Dövlət Təhlükəsizlik Xidmətinin binasının Rusiyayönümlü nümayişçilər tərəfindən ələ keçirilməsi bu gün də davam edib.

Dövlət Təhlükəsizlik Xidmətinin binası çərşənbə axşamı Luqansk və Donetskdə ələ keçirilən bir neçə hökumət binasından biridir. Binaya nəzarəti əldə saxlayan nümayişçilər Ukraynanın şərqində referendumun keçirilməsini tələb edirlər.

Analoji aksiya Donetsk vilayətində də davam edir. Aksiya iştirakçıları barrikadalar quraraq, avtomobillərin hərəkətinə mane olurlar. Burada da Kreml tərəfdarları Donetskin Ukraynanın tərkibindən çıxmasına şərait yaradacaq referendumun keçirilməsini tələb edirlər.

Donetskdə etiraz aksiyasının istinadgahı şəhərin mərkəzində yerləşən 11-mərtəbəli hökumət binasıdır. Etirazçılar təhlükəsizlik qüvvələri əməkdaşlarının hərəkətini məhdudlaşdırmaq üçün regional inzibati binalara aparan yolları qum kisələri, kərpiclər və tikanlı məftillərlə əhatə ediblər./ans/
1410 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber