Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Aprel 2014

Qisas məqsədilə adamı baltalayıb gözünü çıxardılar

Sabirabadda dəhşətli cinayət baş verib. Lent.az-ın məlumatına görə, Sabirabad rayonu Kürkəndi kənd sakini Davudov Aqil Güloğlan oğlu qisas zəminində “Löpüş” ləqəbli Məmmədov Rövşən Yavər oğlunu baltayla doğrayıb.

Hadisə rayonun “RTS” adlı yerində, çayxanaların birində baş verib. Məlumata görə, Aqilin “Löpüş”ü öldürmək məqsədi olmayıb O, bu hərəkəti qisas məqsədi ilə edib. Hadisəyə səbəb isə bir qədər əvvəl toyda onların arasında baş vermiş davadır. Həmin vaxt Rövşən bıçaqla Aqilin üstünə atılaraq onun sifətinə “şram” atıb.

Aqil isə bunu unutmayıb və intiqam almağı planlayıb. 3 gün əvvəl “RTS”-in yaxınlığındakı çayxanaya gələrək “Löpüş”ü orda tapıb. Çayxanadan hamını bayıra çıxardan Aqil qapını bağlayıb. Sonra isə onu yerə yıxaraq baltayla əl barmaqlarını doğrayıb, biləyini kəsib. Daha sonra isə gözünü çıxardıb.

Çayxananı tərk edən Aqil oradan birbaşa polisə gələrək təslim olub. Məlumata görə, Rövşən Məmmədov isə hazırda Bakıdakı klinikaların birindədir.

Sabirabad Rayon polis Şöbəsindən hadisənin baş verməsi təsdiqlənsə də, istintaq getdiyi üçün əlavə məlumat verməkdən imtina ediblər.
1665 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:42