Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Aprel 2014

Ata uşağını icra hakimiyyətində ataraq gedib

Uşağının müalicəsi üçün Sabirabad rayon İcra Hakimiyyətindən istədiyi yardımı ala bilməyən Zəngənə kənd sakini Məlik Babayev övladını birinci müavinin otağında qoyaraq çıxıb gedib.

Bunu "Azadlıq" radiosuna icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənovun özü deyib: «Aprelin 11-də saat 10 radələri olardı, Zəngənə kənd sakini, kəndin mollası Məlik Babayev yanında 10-11 yaşlı ruhi xəstə uşağı ilə qəbula gəlmişdi. Məndən uşağının müalicəsi üçün pul istədi. Ona bir müddət əvvəl «Kapitalbank» vasitəsilə 200 manat yardım olunduğunu xatırlatdım, o özü də təsdiqlədi. İcra hakimiyyətində adamlara paylanılacaq əlavə vəsait bir dəfə olub, həmin vəsait də paylanıb. İndi belə bir vəsaitimiz yoxdur. Bu adam həm kəndin mollasıdır, bundan başqa sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Dedi, uşaqdan imtina edirəm və qəbul otağında qoyub getdi».

Həsən Həsənovun dediyinə görə, bu barədə icra hakimiyyətinin aidiyyəti şöbələrinə və polisə məlumat verilib: «İcra başçısının humanitar məsələlər üzrə müavini, rayonun baş həkimi və yetkinlik yaşına çatmayanlarla iş üzrə şöbənin müdirinə göstəriş verdik ki, uşağı xəstəxanaya yerləşdirsinlər. Polisə müraciət olundu ki, ata övladından imtina edir. Aydın oldu ki, onun xüsusi müəssisəyə yerləşdirilməsi üçün hər iki valideynin razılığı olmalıdır. Bu məsələdən sonra polis uşağı evlərinə aparıb».

Deyilənlərə hələ ki Məlik Babayevin fikirlərini öyrənmək mümkün olmayıb.
1437 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP