Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Aprel 2014

Azərbaycanlı idmançılara yenə dopinq şoku

Beynəlxalq Ağırlıqqaldırma Federasiyası ümumilikdə 18 ağırlıqqaldıranımızı diskvalifikasiya edib
Azərbaycanın daha 9 ağırlıqqaldıranı cəzalandırılıb.

Bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası qərar çıxarıb.

Bunlar Elxan Əliquluzadə, Yuliya Derkaç, Yuri Dudoqlo, Firudin Quliyev, Kristina Yovu, Aluda Manaqadze, Nailxan Nəbiyev, Nicat Rəhimov və Tatyana Varlamovadır. Dopinq-test nəticəsində Əlizuluzadə, Derkaç, Dudoqlodan dehidrometiltestosteron, Yovudan oksandrolon, Quliyev, Nəbiyev və Rəhimovdan oksandrolon və dehidrometiltestosteron, Varlamovadan dehidrometiltestosteron və stanozolol, Manaqadzedən oksandrolon, dehidrometiltestosteron və stanozolol aşkarlanıb. Onların hamısı 2 il müddətinə diskvalifikasiyaya məruz qalıb. Bununla da cəzalı ağırlıqqaldıranlarımızın sayı 18-ə çatıb.

Qeyd edək ki, daha öncə 9 ağırlıqqaldıranımız - Silviya Angelova, Sərdar Həsənov, Valentin Xristov, Kamran İsmayılov, Alyona Kiriyenko, Mərziyə Məhərrəmova, Kseniya Vişnitskaya, İntiqam Zairova və Zülfiqar Süleymanov cəzalandırılıb. Süleymanov ikinci dəfə dopinq-testdən keçə bilmədiyi üçün ömürlük, qalanları isə 2 il müddətinə diskvalifikasiya edilib. /lentaz/
1450 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı