Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Aprel 2014

Etirazçılar Donetskdə polis şöbəsini tutub

Ukraynanın şərq bölgələrində qarışıqlıq davam edir. Donetskdə silahlı şəxslər polis şöbəsinə daxil olub binanı ələ keçiriblər. /routers/

Bu barədə Ukrayna daxili işlər naziri Arsen Avakov facebook səhifəsində yazıb. O, həmin şəxsləri etirazçı yox, terrorist adlandırıb.

Donetsk rayonunun mətbuat xidmətindən yayılan xəbərə görə altı silahlı şəxs havaya bir neçə dəfə atəş açdıqdan sonra polis idarəsini tutublar. Hadisə ilə bağlı ətraflı məlumat hələ ki yoxdur.

Qeyd edək ki, 11 aprel gecə saatlarında Rusiya meyilli qüvvələr Donetsk rayonunun prokurorluq binasını ələ keçirib. Bu gün səhər bina separatistlərdən azad olunub.
1421 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...