Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Aprel 2014

Oliqarx uşaqları Fəvvarələr meydanını maşın dayanacağına döndərib - (Foto)

Biz paytaxtda yaşanan məmur-oliqarx özbaşınalığından yazmaqdan yorulduq, zəngin azərbaycanlı məmurlar və onların uşaqları isə qanunları pozmaqdan yox...

Bu gün - aprelin 12-də Bakının düz mərkəzində, paytaxtın ən abad və elit hissəsi sayılan, şəhərimizin siması və simvollarından olan Fəvvarələr meydanında daha bir məmur dərəbəyliyi və harınlıq faktı qeydə alınıb. Belə ki, çox bahalı dövlət nömrə nişanları olan bir neçə dəbdəbəli avtomobilin sahibi öz lüks maşınlarını birbaşa Fəvvarələr meydanında, “Azərbaycan” kinoteatrının qarşısında saxlayıblar.

Həmin maşınlardan biri “Azəryolservis” ASC-nin prezidenti, deputat Cavid Qurbanovun biznes şərikinin nəvəsinə, digəri isə “Lider” telekanalının prezidenti Ədalət Əliyevin oğluna məxsusdur.

Daxili İşlər Nazirliyi və Dövlət Yol Polisi belə faktları görəndə heç bir addım atmır, post-patrul xidməti oliqarxların və onların uşaqlarının bu harınlığını və özündənmüştəbehliyini görəndə üzünü yana çevirib susur. Beləliklə də qanun hakim zümrənin nümayəndələri qarşısında yenə gücsüz, dişsiz, əhəmiyyətsiz bir şeyə çevrilir.

Siz Norveçin Azərbaycandakı səfirinin buna münasibətini və ya reaksiyasını özlüyünüzdə təsəvvür edirsinizmi?! Axı oliqarx balaları öz bahalı oyuncaqlarını birbaşa qərbli diplomatın eyvanının altında saxlayıblar. Biz azərbaycanlılar varlı məmurların və onların övladlarının belə saymazyana münasibətinə çoxdan öyrəşmişik. Yoxsa indi qərbliləri də buna öyrədirik?!

Əgər ölkənin baş yol polisi, respublika Dövlət Yol Polisi İdarəsinin rəisi, çoxhörmətli general Ramiz Zeynalovun başı özünün həddən artıq gəlirli restoran biznesindən ayılsa (cənab Zeynalovun bu işlərə xeyli vaxtı gedir, buna anlayışla yanaşır və ona səbr diləyirik) və vaxt tapıb paytaxt yollarında qayda-qanun yarada bilsə, biz qanunçuluq və ədalətin bərpasından çox şad olarıq. Əgər generalın 10 CG 500 dövlət nömrə nişanlı “Mazerati”nin və “Bentley” markalı digər iki avtomobilin oliqarx sahiblərini qanunçuluğa dəvət etməyə vaxtı və cürəti çatmırsa, onda o, istefaya getməlidir. Bunu dövlət qulluqçusu şərəfi deyilən anlayış tələb edir. Restoran sahibi şərəfinin adamdan belə sərt tələbi olmur.../virtualaz/

1506 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:11