Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Aprel 2014

İsgəndər Xəllilov müxalifətdə yaxın olsaydı...

Hakimiyyət ailənin biznes ortağı olan iş adamının Köçəryanla iş birliyinə niyə reaksiya vermir

“ISR Holdinq” şirkətlər qrupunun sahibi, Azərbaycanda milyardlarla dollar həcmində biznes aktivlərinə malik olan İsgəndər Xəlilovun oğlunun Rusiyanın ən iri dəmiryol operatorlarından birinin Direktorlar Şurasına daxil olduğu barədə məlumat vermişdik. Məlum olmuşdu ki, Rəhman Xəlilov “SQ-Trans” Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasına bu ilin martında seçilib. Amma bu məlumatı maraqlı edən məqam odur ki, Azərbaycanda biznesi olan, hakim ailə yaxın olan İ.Xəlilovun oğlu ilə yanaşı Rusiyanın nəhəng maliyyə korporasiyası “Sistema”nın vitse-prezidenti Vsevolod Rozanov və “Başneft”in vitse-prezdenti Denis Stankeviç də seçiliblər. “Sistema” maliyyə korporasiyasının Direktorlar Şurasında Ermənistanın keçmiş prezidenti Robert  Köçəryan da yer alır. 

Amma bu məqam nədənsə hər zaman «vətənpərvərliyin» keşiyində dayan hakimiyyət KİV-lərinin diqqətindən yayınıb. Baxmayaraq ki, son prezident seçkiləri ərəfəsində «erməni dalğasında» Milli Şuraya qarşı əsassız ittihamlar irəli sürülmüşdü. O zaman Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun təşkilat üzvləri ilə Tiflisdə görüşdüyü “Vere Palace” otelinin ermənilərə məxsus olduğu əsas gətirilmişdi. Amma sonradan bu ittihamların heç biri öz təsdiqini tapmadı.

Gözəl Bayramova: «Təkcə İsgəndər Xəlilovun oğlunun deyil, hakimiyyətdəki bir çoxlarının ermənilərlə biznes əlaqəsi var»

AXCP sədrinin müavini Gözəl Bayramlı bildirdi ki, heç kimə sirr deyil ki, hakimiyyətdə təmsil olunan şəxslərin bir çoxlarının ermənilərlə müəyyən biznes əlaqələri var. Mətbuatda bu barədə vaxtaşırı məlumatların dərc oluduğunu deyən G.Bayramlı vurğuladı ki, bu tendeensiya hakimiyyətin maraqlarını çılpaq şəkildə göstərir: «Hakimiyyətin heç bir əsas olmadan müxalifəti ermənilərlə işbirliyində günahlandırmasına baxmayaraq, bu məlumata sükutla yanaşılması təsadüfi deyil. Əslində ermənilərlə iş birliyi hakimiyyətin özünə bəlli olan məlumatdır. Təkcə İsgəndər Xəlilovun oğlunun deyil, hakimiyyətdəki bir çoxlarının ermənilərlə biznes əlaqəsi var. Bu barədə zaman-zaman mətbuatda məlumat dərc olunub».

Eldəniz Quliyev: «Hakimiyyət həmişə əlində su erməni dəyirmanını «işlətmək» üçün hazır vəziyyətdə olub»

«El» Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev isə vurğuladı ki, əgər İ.Xəlilovun oğlu ilə bağlı yayılan məlumat həqiqətə uyğundursa, o zaman birincisi müvafiq strukturlar buna aydınlıq gətirməlidirlər. Bu faktın bir daha Azərbaycanda müxalifətlə hakimiyyət arasında doğma-ögey münasibətlərinin olduğunu təsdiqlədiyini deyən E.Quliyev vurğuladı ki, hakimiyyət müxalifətə düşmən gözü ilə baxdığı halda, özünkilərinin ciddi qüsurlarını isə görməzdən gəlir: «Ona görə mən burada təəccüblü bir şey görmürəm. Mahiyyətcə Azərbaycan hakimiyyəti həmişə əlində su erməni dəyirmanını «işlətmək» üçün hazır vəziyyətdə olub. Düşünürəm ki, demokratik düşərgə bu cür şeylərə fikir vermədən haqq işi uğrunda mübarizəni davam etdirməlidir».


1521 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı