Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Aprel 2014

Hökumət Gülər Əhmədovanın danışacağından qorxur

Ekspertin fikrincə, sabiq deputatın şüşə qəfəsə salınmasının bir səbəbi də budur

Hazırda həbsdə olan keçmiş deputat Gülər Əhmədova sonuncu dəfə məhkəmə qarşısında çıxışı zamanı bir sıra maraqlı açıqlamalar verib. Məhkəmədə şüşə qəfəsə salınmasına etiraz edən G.Əhmədova onun ifadələrinin dövlət başçısına düzgün çatdırılmadığını düşünür. G.Əhmədova bildirib ki, bir ildir ki, Bakı Istintaq Təcridxanasında saxlanılır. Təcridxanada dələduzluqda təqsirləndirilən kifayət qədər qadın olsa da, onların hamısı məhkəmədə vəkillərin yanında əyləşirlər: «Hətta 3 dəfə 178-lə məhkəməyə cəlb olunan şəxslər də vəkillərinin yanında otura bilirlər. Yeganə adamam ki, mənə qarşı ayrı-seçkilik edilir. Mən terrorist deyiləm, adam öldürməmişəm. Mən bu dövlətə, prokurorluğa nə etmişəm ki? Bir dəfəlik deyin ki, səndən xoşumuz gəlmir».

Bundan əvvəl şüşə qəfəs mətbuatın diqqətində olan sabiq səhiyyə naziri Əli İnsanova qarşı tətbiq olunmuşdu. Ə.İnsanovla bağlı bu addımın atılmasına səbəb sabiq nazirin hakimiyyəti ifşa edən bəyanatlar verməsiylə bağlı idi. Bu baxımdan G.Əhmədovaya qarşı da eyni münasibətin bəslənməsi maraq doğurur.

Əyyub Kərimov: «Hakimiyyət Gülər Əhmədovanın da bir sıra ciddi bəyanatlar verə biləcəyindən ehtiyatlanır»

Tanınmış vəkil Əyyub Kərimovun fikrincə, G.Əhmədovanın da şüşə qəfəsə salınmasının bir səbəbi onun bir sıra ciddi bəyanatlar verə biləcəyindən ehtiyatlanmadır: «Yəni elə bir situasiya yarana bilər ki, Gülər Əhmədova da müəyyən sərt açıqlamalar verə bilər. Amma digər bir tərəfdən Gülər Əhmədovanın düşünməsi ki, onun maddəsi bir o qədər də ağır deyil və o şüşə qəfəsə salınmamalıdır, bu yanlış yanaşmadır. Gülər Əhmədovaya qarşı irəli sürülən ittihamlar kifayət qədər ağırdır. Əslində məhkəmələrdə şüşə qəfəsin tətbiqi sivil addımdır. O artıq başqa məsələdir ki, həmin qəfəsdən məhkumun fikirlərini azad şəkildə ifadə etməsinə imkan vermirlər. Şüşə qəfəsə yerləşdirilmə heç də təhqir sayılmamalıdır. Məgər əvvəlki məhkəmə iclaslarında Gülər Əhmədova vəkilin yanında oturmuşdu. Əvvəlki məhkəmələrdə də qəfəs var idi. Sadəcə olaraq həmin qəfəslər dəmirdən idi».

G.Əhmədovanın hazırda sadəcə olaraq deməyə sözünün olmadığını düşünən Ə.Kərimov ona görə bu cür bəyanatlarla çıxış etdiyini düşünür. G.Əhmədovanın hazırda deputatlıqdan imtinayə təəssüflənməsinə də toxunan Ə.Kərimov vurğuladı ki, kekçmiş deputatın özünə güvənməsi nəticə vermədi. Bu isə o deməkdir ki, ona verilən vədlər özünü doğrultmayıb./azadlıq/
1675 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:55
Prokuror MTN tərəfin