Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Aprel 2014

Seyid Həsən Amili: Azərbaycan sionizmdən uzaqlaşmalıdır

Seyid Həsən Amili: Azərbaycan prezidentinin İran səfərinin uğurunun şərti sionizmdən uzaqlaşmaqdır

Seyid Həsən Amili Azərbaycan Respublikası prezidentinin İrana səfərinin uğurlu olmasının şərtini sionizmdən uzaqlaşmaq adlandırıb.
Vəliyyi-Fəqihin nümayəndəsi və Ərdəbilin imam cüməsi deyib: Azərbaycan Respublikası prezidentinin İrana səfəri o zaman faydalı olacaqdır ki, Azərbaycan Respublikası hökuməti ciddi şəkildə İsraildən uzaqlaşsın, İranofobiya və dinofobiyanı kənara qoysun və xüsusilə də sırf dini dəyərlərin müdafiəsinə görə həbs olunmuş böyük insanları azad etsin.
Şəbestan İnformasiya Agentliyinin məlumatına görə, seyid Həsən Amili ümidvarlıq edib ki, Azərbaycan Respublikası prezidentinin İrana səfəri iki ölkə münasibətlərində dönüş nöqtəsi olacaqdır.
"Bu məsələ Azərbaycan hökumətinin iradəsinə bağlıdır və İran tərəfindən heç bir problem yoxdur" –deyə Seyid Həsən Amili bildirib.
1423 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber