Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Aprel 2014

"ABŞ-ın Krıma qarşı sanksiyaları mənasızdır"

Rüstəm Temirqalayev: "Bu psixoloji təzyiq elementindən başqa bir şey deyil"

Krımın nazirlər kabineti sədrinin birinci müavini Rüstəm Temirqalayev Krım siyasətçilərinin ABŞ-ın "qara siyahı"ya salınmasına və sanksiyalara məruz qalmasına təəccüblənib. Ria Novosti-nin verdiyi məlumata görə, Temirqalayev bunu psixoloji təzyiq elementindən başqa bir şey olmadığını deyib. ABŞ-ın maliyyə nazirliyi ilə əlaqədə olan bütün şəxslərin və şirkətlərin maliyyə hesabları bağlanacaq. ABŞ vətəndaşlarına isə bu siyahıdakılarla biznes qurması qadağan edilib.

Temmirqalayev jurnalistlərlə müsahibəsində deyib ki, "Mənim bu sanksiyalara münasibətim sakitdir. Bu sanksiyaların qoyulması özü isə təəcüb doğurur. Mənim ABŞ banklarında heç bir hesabım yoxdur. Ona görə də bu sanksiyaların qoyulması mənim üçün heç bir problem yaratmır. Bunlar hamısı mənasız şeylərdir".

Krımın baş nazirinin müavinin sözlərinə görə ABŞ-ın sanksiyalarla qorxutma siyasəti səhv addımdır. Heç kəsin insanların dünya görüşünə və siyasi görüşünə görə təzyiq göstərməyə haqqı yoxdur.
1399 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP