Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Aprel 2014

İran strateji bölgələrdə havadan müdafiə raktləri üçün platformalarını artırır

İran bu il havadan müdafiə zəmində analoqu olmayan hərbi manevr keçirməyi vəd edib

İran bu il havadan müdafiə zəmində analoqu olmayan hərbi manevr keçirməyi vəd edib. İnterAz-ın İrna agentliyinə istinadla verdiyi xəbərə görə, bu barədə İran ordusunun havadan müdafiə qərargahının komandiri Fərzad İsmaili xəbər verib. F.İsmaili cari ildə ölkədə havadan müdafiə zəminində ciddi addımların atılacağını deyib. O, ölkənin strateji və həssas bölgələrində havadan müdafiə raketləri üçün yeni platformaların nəzərdə tutulduğunu və bunun birbaşa olaraq, islam inqilabının ali lideri Ayətullah Xameneinin əmri ilə həyata keçirildiyini qeyd edib.

İran hərbi rəsmisi həmçinin ölkədə havadan müdafiə zəminində istehsal edilən “Arəş”, “Təlaş”, “Mirsad 2” və “Şələmçə” kimi məhsullara işarə edərək, bunlarının bütününün daxili mütəxəssislər hesabına başa gəldiyini bəyan edib.
1315 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP