Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Aprel 2014

Donetskdə silahlı şəxslər kimya zavodunu ələ keçirməyə cəhd edib

Naməlum silahlı şəxslər Donetskdəki kimya zavoduna hücum ediblər.

Bu barədə Ukrayna DİN-in saytında dərc olunmuş məlumatda bildirilir.

Qurumun məlumatına görə, Ukrayna Milli Qvardiya tərəfindən mühafizəsi həyata keçirilən Donetsk Kimya Zavoduna hücum aprelin 12-də, günün ikinci yarısında törədilib.

“Milis əməkdaşlarının qətiyyətli və peşəkar tədbirləri nəticəsində hücum edənlərdən 2-si tərksilah edilərək saxlanılıb. Hüquq mühafizəçilərdən 1 nəfər bədən xəsarətləri alıb”, deyə açıqlamada bildirilir.

İnsidentlə əlaqədar müəssisənin mühafizəsi gücləndirilib./apa/
1204 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
Go to TOP